Bolqarıstanın Polşadan “MiQ-29” qırıcıları və onlar üçün ehtiyat hissələri almaq niyyəti ölkənin siyasi dairələrində müzakirələrə səbəb olub.
Army.az xəbər verir ki, məsələ ilə bağlı parlamentdə çıxış edən “Demokratik Bolqarıstan” koalisiyasının deputatı İvaylo Mirçev hökumətin bu planını tənqid edib.
Deputat bildirib ki, Bolqarıstan ordusu köhnə sovet istehsalı qırıcılar əvəzinə NATO standartlarına cavab verən müasir Qərb istehsalı döyüş təyyarələri ilə təchiz olunmalıdır.
Mirçev vurğulayıb ki, ölkənin silahlı qüvvələrinin Qərb texnikasına keçid prosesində olduğu bir vaxtda Polşadan “MiQ-29” almaq təşəbbüsü düzgün seçim hesab edilə bilməz.
