Ev Hərbi TexnologiyaAlmaniya və İsrail yeni nəsil robot döyüş sistemi hazırlayır

Almaniya və İsrail yeni nəsil robot döyüş sistemi hazırlayır

by Baş Redaktor
24 Baxış

Almaniyanın “Diehl Defence” şirkəti İsrailin “Rafael” şirkəti və “EuroSpike” konsorsiumu ilə birlikdə Spike LR tank əleyhinə idarəolunan raketinin Ziesel adlı yerüstü robot platformasından uğurlu buraxılışlarını həyata keçirib.

Army.az xəbər verir ki, bu barədə “Diehl Defence” şirkəti məlumat yayıb.

Bildirilib ki, sınaqlar sözügedən konfiqurasiyanın 2026-cı ildə Nürnberqdə keçirilən “Enforce Tac” sərgisində ilk təqdimatından cəmi üç ay sonra baş tutub:

“Beş günlük sınaq proqramı çərçivəsində pilotsuz platformadan ümumilikdə 17 raket buraxılıb. Ziesel bu sinfə aid müasir idarəolunan raketin uğurla döyüş buraxılışını həyata keçirən ilk yerüstü robot kompleksi olub. Sınaqlar zamanı əsas diqqət platformanın raket buraxılışı zamanı yaranan yüklənməyə davamlılığına yönəlib. Mühəndislər silah sisteminin platformanın konstruksiyasına və dayanıqlılığına təsirini, həmçinin robot kompleksin döyüş buraxılışı zamanı yaranan təzyiqə tab gətirib-gətirmədiyini yoxlayıblar”.

banner

Əlaqəli Yazılar Xüsusi