Ev Texnologiya471 milyon dollarlıq layihə: ABŞ döyüş aviasiyasının hazırlığını gücləndirir

471 milyon dollarlıq layihə: ABŞ döyüş aviasiyasının hazırlığını gücləndirir

by Baş Redaktor
36 Baxış

ABŞ Hərbi Hava Qüvvələri KC-46 “Pegasus” havada yanacaq doldurma təyyarələrinin texniki vəziyyətini və döyüş hazırlığını gücləndirmək üçün genişmiqyaslı proqram həyata keçirir.

Army.az xəbər verir ki, qurumun yaydığı məlumata görə, bu məqsədlə ümumi dəyəri 471 milyon dollar olan müqavilələr 28 şirkətlə imzalanıb.

İyunun 24-də rəsmiləşdirilən sazişlərə əsasən, KC-46 donanmasında istifadə olunan hərbi və kommersiya təyinatlı ehtiyat hissələrinin təmiri, yenilənməsi və dəyişdirilməsi həyata keçiriləcək. Proqramın icrası Oklahoma ştatındakı “Tinker” Hərbi Hava Bazasının Texniki Təminat Mərkəzi tərəfindən təmin olunacaq və işlərin 2031-ci il mayın 28-dək davam etməsi planlaşdırılır.

Əlaqəli Yazılar Xüsusi