Ev TexnologiyaRusiyadan S-400 mesajı: “Məsələ gündəmdədir”

Rusiyadan S-400 mesajı: “Məsələ gündəmdədir”

by Baş Redaktor
45 Baxış

Rusiyanın Türkiyədə yerləşən S-400 zenit-raket komplekslərinin üçüncü ölkələrdən birinə ötürülməsi ehtimalı Moskvanın gündəmindədir.

Army.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitriy Peskov danışıb.

Peskovun sözlərinə görə, məsələ ilə bağlı hazırda müəyyən işlər görülür və tərəflər arasında müvafiq təmaslar davam etdirilir.

Kremlin sözçüsü Rusiyanın S-400 sistemlərinin Türkiyədən dost ölkələrdən birinə verilməsi imkanını nəzərdən keçirib-keçirmədiyi ilə bağlı sualı cavablandırarkən bildirib ki, bu məsələ gündəmdədir və onunla bağlı iş aparılır.

banner

Xatırladaq ki, Ankara 2017-ci ildə Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması ilə bağlı müqavilə imzalayıb. İlk sistemlərin Türkiyəyə çatdırılması isə 2019-cu il iyulun 12-dən 25-dək həyata keçirilib.

Əlaqəli Yazılar Xüsusi