Rusiya ilk dəfə Şimali Koreyadan daha ağır ballistik raketlər əldə edib.
Army.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) məlumat yayıb.
Söhbət Hwasong-11C (KN-30) raketlərindən gedir. Şimali Koreyanın məlumatına əsasən, bu raketlər 2,5 tona qədər döyüş başlığı daşıya və 600–900 kilometr məsafədəki hədəfləri vura bilər.
Ukrayna kəşfiyyatının bildirdiyinə görə, təxminən 90 Şimali Koreya mütəxəssisi Rusiyanın Voronej vilayətinə göndərilib. Onların altı raket buraxılış qurğusuna qədər texniki xidmət göstərməsi nəzərdə tutulur.
