Ev DünyaHörmüzdən keçən gəmilərin sayı yarıya endi – neft tankerləri isə YOXDUR

Hörmüzdən keçən gəmilərin sayı yarıya endi – neft tankerləri isə YOXDUR

by Baş Redaktor
54 Baxış

Hörmüz boğazı üzərindən dəniz daşımalarının həcmi bir gün ərzində iki dəfə azalıb.

Army.az xəbər verir ki, Kpler şirkətinin məlumatına görə, cümə axşamı strateji əhəmiyyət daşıyan boğazdan xammal yükü daşıyan cəmi 7 gəmi keçib. Bir gün əvvəl isə bu göstərici 14 olub.

Məlumata əsasən, gəmilərdən 4-ü boğaza daxil olub, 3-ü isə əks istiqamətdə hərəkət edib.

Müharibə başlamazdan əvvəl dünya üzrə xam neft və mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün təxminən beşdə biri Hörmüz boğazından keçirdi.

banner

Son sutkada boğazdan keçən gəmilər arasında xam neft daşıyan supertankerlər və LNG tankerləri olmayıb. Bununla belə, propan və butan daşıyan iri qaz daşıyıcısı İrana məxsus ərazi sularından keçməklə boğazı tərk edib.

Əlaqəli Yazılar Xüsusi