Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinin arsenalında yer alan Boeing F-15SA döyüş təyyarəsi ilk dəfə olaraq Avropa istehsalı IRIS-T raketi ilə görüntülənib.
Army.az xəbər verir ki, bu, IRIS-T sisteminin F-15 platforması üzərində ictimaiyyətə məlum olan ilk nümayişi sayılır. Hazırda Səudiyyənin F-15SA parkında əsas qısa mənzilli hava-hava silahı kimi AIM-9X Sidewinder istifadə olunur.
Bildirilir ki, yeni raketin inteqrasiyası silah seçimlərini genişləndirməyə və müxtəlif döyüş şəraitlərində alternativ imkanlar yaratmağa hesablanıb. Bunun sayəsində hər iki raket sisteminin fərqli texniki üstünlüklərindən istifadə etmək mümkün olacaq.
IRIS-T qısa mənzilli hava-hava raketi Almaniyanın rəhbərlik etdiyi beynəlxalq konsorsium çərçivəsində hazırlanıb. Layihədə İtaliya, İsveç, Yunanıstan, Norveç və İspaniya da iştirak edib.
