Ev Hərbi TexnologiyaRusiya sınaqlarını keçdi: DT-3PM ilk dəfə ictimaiyyətə təqdim olundu

Rusiya sınaqlarını keçdi: DT-3PM ilk dəfə ictimaiyyətə təqdim olundu

by Baş Redaktor
7 Baxış

Rusiyanın “Uralvaqonzavod” şirkəti ilk dəfə olaraq DT-3PM adlı iki hissəli paletli keçid qabiliyyətinə malik yeni nəqliyyat vasitəsinin prototipini ictimaiyyətə təqdim edib.

Army.az xəbər verir ki, şirkətin məlumatına görə, model Vityaz tərəfindən hazırlanıb.

Texnika Ufa şəhərində keçirilən sərgidə nümayiş olunub.

Bildirilir ki, DT-3PM əsasən sərt iqlim və mürəkkəb relyef şəraitində istifadə üçün nəzərdə tutulub. Onun Arktika zonasında, Sibirdə və Uzaq Şərq bölgələrində müxtəlif xüsusi tapşırıqların icrasında tətbiqi planlaşdırılır. Prototipin dövlət sınaqlarını uğurla tamamladığı qeyd edilir.

banner

Texniki göstəricilərə əsasən, maşın 3,5 tona qədər yük və ya 17 nəfər daşıya bilir. Model 312 at gücünə malik çoxyanacaqlı dizel mühərriki, altıpilləli avtomatik transmissiya ilə təchiz olunub və quruda saatda 50 kilometrədək sürət yığa bilir. Bundan başqa, texnika üç metr enində xəndəkləri və təxminən bir metrlik maneələri aşmaq imkanına malikdir.

Əlaqəli Yazılar Xüsusi