Ev TexnologiyaPUA və raketlərə qarşı: Braziliya donanmasına yeni silah daxil olur

PUA və raketlərə qarşı: Braziliya donanmasına yeni silah daxil olur

by Baş Redaktor
40 Baxış

“BAE Systems” şirkəti Braziliya Hərbi Dəniz Qüvvələri üçün iki ədəd “Bofors 40 Mk4” dəniz artilleriya sisteminin tədarükünü nəzərdə tutan müqavilə imzalayıb.

Army.az xəbər verir ki, bu barədə şirkətin yaydığı açıqlamada bildirilib.

Müqavilə Braziliyanın Patrul Gəmilərinin İnşası Proqramı (PRONAPA) çərçivəsində həyata keçiriləcək.

Məlumata görə, “Bofors 40 Mk4” üçün nəzərdə tutulan yeni nəsil sursatlar müxtəlif hədəflərə qarşı istifadə oluna bilir. Sistem PUA-ların, raketlərin, helikopterlərin, sürətli qayıqların, suüstü gəmilərin və qurudakı obyektlərin məhv edilməsi üçün nəzərdə tutulub.

banner

“BAE Systems”in “Bofors” bölməsinin marketinq və satış direktoru Stefan Löfström şirkətin Latın Amerikasında etibarlı tərəfdaş kimi fəaliyyətini davam etdirdiyini və regionun inkişafına dəstək verən qabaqcıl texnologiyalar təqdim etdiyini bildirib.

Əlaqəli Yazılar Xüsusi