Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski cəbhədə müəyyən irəliləyişlərin əldə olunduğunu bildirsə də, müharibədə həlledici dönüş nöqtəsindən danışmağın hələ tez olduğunu vurğulayıb.
Army.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Onun sözlərinə görə, ilin əvvəlindən bəri Ukrayna qüvvələri 670 kvadratkilometrdən çox ərazini nəzarətə qaytara bilib:
“Bu nəticə Rusiya ordusunun tədricən zəiflədilməsinə yönəlmiş strategiyanın həyata keçirilməsi, qarşı tərəfin itkilərinin artırılması və hücum planlarının pozulması hesabına mümkün olub. Cəbhənin bəzi istiqamətlərində Ukrayna bölmələrinin həyata keçirdiyi fəaliyyətlərin 45–50 faizi hücum və şturm əməliyyatlarından ibarətdir”.
Bununla belə, Sırski vəziyyəti ehtiyatlı qiymətləndirərək qeyd edib ki, hazırkı mərhələdə cəbhədə dönüş nöqtəsinin yarandığını söyləmək doğru olmaz.
