Ermənistanda Rusiya tərəfindən yeni sanksiya və ya məhdudlaşdırıcı addımların atıla biləcəyi ilə bağlı müzakirələrin aparıldığı bildirilir.
Army.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, bu ehtimallar Avropa Komissiyasının sədri Ursula fon der Layenin Ermənistana səfəri ilə əlaqələndirilir. Səfərin 1–2 iyul tarixlərində baş tutacağı, nümayəndə heyətində genişlənmə məsələləri üzrə Avropa komissarı Marta Kosun da yer alacağı qeyd olunur.
Məlumata əsasən, Avropa nümayəndə heyətinin səfəri Ermənistan hökumətinə seçkilərdən sonra verilən siyasi dəstək siqnalı kimi qiymətləndirilir və bu amilin Moskvanın reaksiyasını sərtləşdirə biləcəyi ehtimal edilir.
