Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus Su-30SM tipli qırıcıların İran istehsalı “Yasin” idarə olunan bombaları ilə təchiz edildiyi barədə məlumat yayılıb.
Army.az xəbər verir ki, İrəvanda keçirilən son hərbi paradda həmin qırıcıların “Yasin” tipli sursatlarla birlikdə nümayiş etdirildiyi bildirilir.
Məlumatlar Ermənistan və İran arasında hərbi-texniki əməkdaşlığın genişlənməsi kimi şərh olunur.
Bəzi nəşrlərin iddiasına görə, Rusiya ilə münasibətlərin zəifləməsi və Moskvanın Ukrayna müharibəsinə fokuslanması fonunda Ermənistan müdafiə sahəsində əməkdaşlıq coğrafiyasını genişləndirərək Hindistan, Fransa, İran və digər ölkələrlə əlaqələri gücləndirməyə çalışır.
