Ev TexnologiyaUkrayna ordusu güclənir: milyardlıq Gripen müqaviləsi imzalandı

Ukrayna ordusu güclənir: milyardlıq Gripen müqaviləsi imzalandı

by Baş Redaktor
106 Baxış

Ukrayna İsveç istehsalı “Gripen E” qırıcı təyyarələrinin alınması üzrə rəsmi müqavilə imzalayıb.

Army.az xəbər verir ki, bu barədə “The War Zone” (TWZ) portalı məlumat yayıb.

Bildirilib ki, İsveçin “Saab” şirkəti ilə bağlanan müqavilə 16 ədəd “Gripen E” tipli qırıcını əhatə edir. Təyyarələrin Ukraynaya təhvil verilməsinin 2029-cu ildə başlanması planlaşdırılır.

Müqavilənin ümumi dəyəri təxminən 2,5 milyard dollar təşkil edir. Saziş çərçivəsində yalnız qırıcılar deyil, həm də ehtiyat hissələri və müxtəlif texniki avadanlıqların da tədarükü nəzərdə tutulur.

banner

Məlumata əsasən, təyyarələrin Ukraynaya çatdırılmasından sonra onların ölkənin hava qüvvələrində ən döyüş qabiliyyətli platformalardan birinə çevriləcəyi ehtimal olunur.

Əlaqəli Yazılar Xüsusi