Özbəkistan Çin istehsalı J-10CE döyüş təyyarələrini silahlanmasına daxil edib.
Army.az xəbər verir ki, bu barədə “The Aviationist” məlumat yayıb.
Bildirilib ki, Daşkəndin bu qırıcıları əldə etməsi avqustun 28-də təsdiqlənib. İlkin məlumata əsasən, Çindən Özbəkistana ən azı altı J-10CE göndərilib.
Bununla yanaşı, Özbəkistanın ümumilikdə neçə qırıcı sifariş etdiyi və sövdələşmənin hansı diplomatik və hərbi razılaşmalar əsasında həyata keçirildiyi barədə ətraflı məlumat açıqlanmayıb.
Nəşr həmçinin müqavilə çərçivəsində hansı silah sistemlərinin təqdim ediləcəyinin hələlik məlum olmadığını yazıb.
“The Aviationist” ehtimal edir ki, paketə qısamənzilli PL-10, orta mənzilli PL-12 və uzaq məsafədən, görmə xəttindən kənar hədəfləri vurmaq üçün nəzərdə tutulan PL-15 hava-hava raketləri daxil ola bilər.
