ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi — NASA-nın “Artemis II” proqramı çərçivəsində dörd nəfərlik astronavt heyəti Ayın ətrafında dövrə vurduqdan sonra təxminən 10 günlük kosmik səfəri başa çatdıraraq Yerə qayıdıb.
Army.az xəbər verir ki, Missiyanın “Integrity” adlandırılan “Orion” kapsulu cümə günü Sakit okeanın sularına eniş edərək uçuşu uğurla yekunlaşdırıb.
Aparat Cənubi Kaliforniya sahillərinə yaxın ərazidə paraşütlərin köməyi ilə suya endirilib və ekipaj təhlükəsiz şəkildə çıxarılıb.
Səfər ərzində kapsul əvvəlcə Yer orbitində iki dövrə vurub, daha sonra Ayın ətrafında uçuş həyata keçirərək ümumilikdə 1,1 milyon kilometrdən artıq məsafə qət edib. Bu missiya 1972-ci ildən sonra insanın Aya ən yaxın məsafəyə çatdığı ilk pilotlu uçuş kimi yadda qalıb.
