Cənubi Koreya və Yaponiya müdafiə sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər. Əməkdaşlıq çərçivəsinə süni zəka və digər qabaqcıl texnologiyalar da daxil ediləcək.
Army.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Cənubi Koreyanın müdafiə naziri An Gyu-bek Seulda ölkəyə səfər edən yaponiyalı həmkarı Koizumi Şinçiro ilə görüş keçirib.
Cənubi Koreya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, tərəflər müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərin davam etdirilməsində ortaq mövqe nümayiş etdiriblər.
Görüş zamanı xüsusilə süni zəka, eləcə də digər qabaqcıl elm və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub.
