“The War Zone” platformasının “Special Access” proqramında ABŞ-ın B-1B Lancer strateji bombardmançılarının gələcək silahlandırılması ilə bağlı diqqətçəkən detallar açıqlanıb.
Army.az xəbər verir ki, ABŞ ordusu B-1B bombardmançılarının silah sistemlərini müasir təhlükələrə uyğun şəkildə yenidən formalaşdırır.
Bu çərçivədə təyyarələrin illər əvvəl nüvə missiyasını itirdikdən sonra istifadədən çıxarılan xarici silah dirəklərinin yenidən aktivləşdirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, B-1B arsenalına hipersəs raketlərinin daxil edilməsi planlaşdırılır. ABŞ hərbi dairələri hesab edir ki, bu addım strateji bombardmançıların güclü rəqiblərlə mümkün qarşıdurmalarda imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
