İran tərəfi ABŞ-yə Yaxın Şərqdə hərbi əməliyyatların yenidən başlanacağı təqdirdə “yeni sürprizlər” vəd edib.
Army.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
Onun sözlərinə görə, münaqişənin davam etməsi və ya yenidən alovlanması Vaşinqton üçün gözlənilməz nəticələrə səbəb ola bilər:
“ABŞ Konqresi müharibənin aylar davam etməsindən sonra milyardlarla dollar dəyərində onlarla hərbi təyyarənin itirildiyini etiraf edir. İran qüvvələri “F-35” qırıcılarını vuran ilk tərəfdir. Müharibə təcrübəsi və əldə edilən nəticələr nəzərə alınaraq, hərbi əməliyyatların bərpası daha ağır və gözlənilməz nəticələr doğura bilər”.
