Ukrayna pilotsuz uçuş texnologiyaları sahəsində Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri ilə onillik əməkdaşlıq müqavilələri imzalayıb.
Army.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
Onun bildirdiyinə görə, bu istiqamətdə artıq 11 müxtəlif ölkədən müraciətlər daxil olub və tərəfdaşlıq əsasən Yaxın Şərq və Fars körfəzi bölgəsini əhatə edir.
Zelenski vurğulayıb ki, əldə olunan razılaşmalara uyğun olaraq birgə istehsal həyata keçiriləcək. Bu çərçivədə həm Ukraynada, həm də digər ölkələrdə istehsal xətlərinin qurulması nəzərdə tutulur.
O, həmçinin qeyd edib ki, Avropa dövlətləri ilə də bu sahədə əməkdaşlıq genişləndirilir və bu siyahıya Almaniya, İtaliya, Norveç, İsveç və Niderland daxildir.
