İran Hörmüz boğazı vasitəsilə həyata keçirdiyi neft ixracını son ayların ən yüksək səviyyəsinə çatdırıb.
Army.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, bölgədə gəmiçilik fəaliyyətinin bərpası fonunda İranın neft tədarükləri əhəmiyyətli dərəcədə artıb. Bildirilir ki, ixrac həcmi fevral ayının sonundan bəri ən yüksək göstəriciyə yüksəlib.
ABŞ sanksiyalarına məruz qalan Elva, Virgo və Vigor adlı üç supertanker hazırda Hörmüz boğazından keçərək təxminən 6 milyon barrel İran nefti daşıyır.
Gəmilərin Sinqapur yaxınlığındakı bölgəyə doğru hərəkət etdiyi, buradan isə xammalın əsasən Çində emal müəssisələrinə göndərildiyi qeyd olunur.
