Rusiyada Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofis rəhbəri Kirill Budanov barəsində çıxarılmış qiyabi həbs qərarı qüvvədə saxlanılıb.
Army.az xəbər verir ki, bu barədə Moskva Şəhər Məhkəməsində keçirilən iclasdan sonra məlum olub.
Bundan əvvəl Moskvanın Basmannı Rayon Məhkəməsi Budanovun barəsində qiyabi həbs qərarı çıxarıb. O, müharibənin qadağan olunmuş üsullarından istifadə etməkdə ittiham edilir.
Moskva Şəhər Məhkəməsi bu gün həmin qərardan verilən şikayətə baxaraq birinci instansiyanın qərarını dəyişməyib.
Məhkəmə prosesi qapalı keçirilib.
Qeyd edək ki, Budanov bundan əvvəl Ukraynanın Baş Kəşfiyyat İdarəsinə rəhbərlik edib.
