Ev DünyaZaxarova: Ermənistan Rusiya ilə layihələri dondurur

Zaxarova: Ermənistan Rusiya ilə layihələri dondurur

by Baş Redaktor
36 Baxış

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova Ermənistanın Rusiya ilə birgə həyata keçirilən təşəbbüsləri ləngitdiyini və bəzi layihələri dondurduğunu bildirib.

Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Onun sözlərinə görə, Ermənistan eyni zamanda Avropa standartlarının tətbiqini sürətləndirir və Qərb ölkələri ilə yeni əməkdaşlıq sənədləri imzalayır.

Zaxarova qeyd edib ki, İrəvanın mövqeyi Rusiya ilə əməkdaşlığın davam etdirilməsi ilə bağlı rəsmi açıqlamaları ilə tam üst-üstə düşmür. Onun iddiasına görə, Ermənistan Avropa İttifaqına inteqrasiya xəttini gücləndirir və Rusiya ilə münasibətləri daha çox taktiki məqsədlər üçün istifadə edir.

banner

Rusiya XİN nümayəndəsi əlavə edib ki, Moskva Ermənistanın bu addımlarını diqqətlə izləyir və ikitərəfli münasibətlərdə mövcud dinamikanı qiymətləndirir.

Əlaqəli Yazılar Xüsusi