Ev DünyaHörmüz boğazı ilə bağlı yeni dövr: İranın mövqeyi sərtləşir

Hörmüz boğazı ilə bağlı yeni dövr: İranın mövqeyi sərtləşir

by Baş Redaktor
21 Baxış

İran rəhbərliyi Hörmüz boğazının gələcək idarəçiliyi ilə bağlı mühüm mesaj verib.

Army.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf məlumat verib.

O bildirib ki, boğazın idarə olunması məsələsində ölkənin rolu daha da güclənəcək:

“Bölgədə yaranmış yeni reallıqlar səbəbindən Hörmüz boğazında müharibədən əvvəl mövcud olan idarəetmə mexanizmlərinə qayıdış gözlənilmir. Bununla yanaşı, beynəlxalq hüquq normalarına və qəbul olunmuş qaydalara əməl ediləcək.

banner

İran beynəlxalq dəniz nəqliyyatının fasiləsiz fəaliyyətinin tərəfdarıdır və Hörmüz boğazının qlobal gəmiçilik üçün açıq qalmasını dəstəkləyir”.

Əlaqəli Yazılar Xüsusi