Ev Hərbi XəbərlərTrampdan İran mesajı: “Blokada bombardmandan daha təsirli oldu”

Trampdan İran mesajı: “Blokada bombardmandan daha təsirli oldu”

by Baş Redaktor
20 Baxış

ABŞ Prezidenti Donald Tramp İrana qarşı tətbiq edilən dəniz blokadasının hərbi hava əməliyyatlarından daha effektiv nəticə verdiyini bəyan edib.

Army.az xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Tramp bildirib ki, zərurət yaranarsa, Vaşinqton bu taktikanı çox qısa müddətdə yenidən tətbiq etmək imkanına malikdir.

“Düşünürəm ki, blokada bombardmandan daha səmərəli oldu. Ehtiyac yaranarsa, bunu cəmi 15 dəqiqə ərzində yenidən təşkil edə bilərik”, – deyə ABŞ Prezidenti vurğulayıb.

banner

Əlaqəli Yazılar Xüsusi