Fransa casusluqda şübhəli bilinən iki iranlı diplomatı ölkədən çıxarmaq qərarına gəlib.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qərar iyulun 19-da Tehranda Fransa səfirliyinin iki əməkdaşının İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılması və sorğu-sual edilməsi fonunda Fransa-İran münasibətlərinin kəskin şəkildə pisləşməsindən sonra qəbul edilib. Fransa tərəfi həmin hadisəni qəbuledilməz addım kimi qiymətləndirib. İki fransalı əməkdaş daha sonra sərbəst buraxılıb və Fransaya qayıdıb.
Bundan sonra İran iki fransalı diplomatı ölkəyə qayıtmasına icazə verilməyən şəxslər elan edib. Tehran onların Vyana Konvensiyasını pozaraq İran vətəndaş cəmiyyəti ilə bağlı fəaliyyətlərdə iştirak etdiyini iddia edib. Paris isə bu ittihamları əsassız adlandırıb.
