Ev DünyaPaşinyan hakimiyyətindən Tsarukyana növbəti ağır zərbə

Paşinyan hakimiyyətindən Tsarukyana növbəti ağır zərbə

by Baş Redaktor
8 Baxış

Ermənistan Baş Prokurorluğu müxalif “Çiçəklənən Ermənistan” Partiyasının sədri, iş adamı Qaqik Tsarukyana məxsus “Ararat” konyak-şərab-vodka kombinatının dövlət idarəçiliyinə verildiyini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilib ki, qanunsuz əldə edildiyi iddia olunan əmlakların müsadirəsi ilə bağlı araşdırma çərçivəsində Antikorrupsiya Məhkəməsi “İrəvan Konyak-Şərab-Vodka Kombinatı Ararat” ASC-nin səhmlərinin Ermənistan İqtisadiyyat Nazirliyinin nəzarətinə və mühafizəsinə verilməsi barədə qərar qəbul edib.

Baş Prokurorluq həmçinin Tsarukyan və onunla əlaqəli şəxslərə məxsus olduğu bildirilən 75 daşınmaz əmlakın, 10 əmlakın bazar dəyərinin, 42 nəqliyyat vasitəsinin, eləcə də 38 müxtəlif şirkətdəki payların dövlət xeyrinə müsadirə olunmasını tələb edir.

banner

Əlaqəli Yazılar Xüsusi