ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyat Vaşinqtonun əsas tərəfdaşlarını itirməsinə, NATO-nun faktiki olaraq zəifləməsinə və ərəb ölkələrinin ABŞ-dan uzaqlaşmasına səbəb olub.
Army.az xəbər verir ki, bu fikirləri hərbi analitik və keçmiş kəşfiyyatçı Skott Ritter deyib.
Ritterin sözlərinə görə, bu, ciddi strateji səhvdir və dünya artıq dəyişib:
“Bunu imperiyanın sonunu gətirən hadisə kimi qiymətləndirərdim. NATO demək olar ki, fəaliyyətini dayandırıb. ABŞ Prezidenti Donald Tramp və dövlət katibi Marko Rubio Avropadan 100 min hərbçinin çıxarılması və dəstək veriləcək ölkələrin daha seçici müəyyənləşdirilməsi barədə danışırlar. Bu, kollektiv müdafiənin sonudur”.
