Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı aparıb.
Army.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Bildirilir ki, dövlət başçıları bir-birlərini Pasxa bayramı münasibətilə təbrik ediblər.
Bundan əlavə, prezidentlər ikitərəfli əməkdaşlığın aktual məsələlərini, o cümlədən ticarət-iqtisadi sahəni müzakirə edib, həmçinin beynəlxalq gündəlikdə yer alan bir sıra mövzular üzrə fikir mübadiləsi aparıblar.
Məlumatda qeyd olunur ki, tərəflər Rusiya–Belarus müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi və müxtəlif səviyyələrdə sıx əməkdaşlığın davam etdirilməsi niyyətini bir daha təsdiqləyiblər.
