Ev DünyaPaşinyan: “Yeni mərhələ başlayır” – hökumətin ilk iclası keçirildi

Paşinyan: “Yeni mərhələ başlayır” – hökumətin ilk iclası keçirildi

by Baş Redaktor
21 Baxış

Seçkilərdən sonra Ermənistan hökumətinin ilk iclası keçirilib.

Army.az xəbər verir ki, Baş nazir Nikol Paşinyan iclasda hökumət üzvlərini seçkilərdə əldə olunan nəticələr münasibətilə təbrik edib.

O bildirib ki, əsas vəzifə “yeni keyfiyyətli dövlət” qurmaq missiyasının davam etdirilməsi və dövlətin inkişafının təmin olunmasıdır:

“Dövlət insanın təhlükəsizliyini, rifahını və azadlığını təmin edən vasitə kimi fəaliyyət göstərməlidir. Yaxın dövrdə hökumət daxilində və gələcək kabinet üzvləri ilə qeyri-rəsmi müzakirələr aparılacaq və prioritetlər yenidən müəyyənləşdiriləcək. Bəzi sahələrdə fəaliyyətin gücləndirilməsi, bəzi istiqamətlərdən isə imtinanın mümkünlüyü də nəzərdən keçiriləcək. Ölkə yeni siyasi mərhələyə qədəm qoyur”.

banner

Əlaqəli Yazılar Xüsusi