Ev DünyaPaşinyan: Türkiyə ilə danışıqların gələcək formatı müəyyənləşdirilir

Paşinyan: Türkiyə ilə danışıqların gələcək formatı müəyyənləşdirilir

by Baş Redaktor
30 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi çərçivəsində yeni xüsusi nümayəndənin təyin olunması məsələsinin gündəmdə olduğunu açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Paşinyan bildirib ki, bu vəzifəyə kimin təyin ediləcəyi ilə bağlı hələ yekun qərar qəbul edilməyib.Onun sözlərinə görə, hazırda Türkiyə ilə dialoqun hansı formatda və hansı prinsiplər əsasında davam etdiriləcəyinə dair müzakirələr aparılır.

“Türkiyə ilə ünsiyyət prosesində müvafiq qərarların qəbul edilməsi üçün işin hansı məntiqlə və hansı formatda davam etdiriləcəyini müəyyənləşdirməliyik. Hazırda bu istiqamətdə müzakirələr gedir”, – deyə Paşinyan qeyd edib.

banner

Əlaqəli Yazılar Xüsusi