Ev DünyaMirzoyan TRIPP şirkətində ABŞ və Ermənistanın pay bölgüsünü açıqlayıb

Mirzoyan TRIPP şirkətində ABŞ və Ermənistanın pay bölgüsünü açıqlayıb

by Baş Redaktor
31 Baxış

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan TRIPP layihəsi çərçivəsində yaradılacaq şirkətin mülkiyyət strukturu və tərəflərin səhmlərdəki payı barədə açıqlama verib.

Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Nazir bildirib ki, müvafiq sənədlərdə şirkətin ABŞ hökumətinin mülkiyyətində qalmasını nəzərdə tutan öhdəlik təsbit olunub. Onun sözlərinə görə, ABŞ hökumətinin imzaladığı sənəd şirkətin özgəninkiləşdirilməsini və ya üçüncü tərəflərin iştirakı ilə bağlı qərarların qəbulunu məhdudlaşdırır.

Mirzoyan qeyd edib ki, ABŞ-ın TRIPP şirkəti vasitəsilə Ermənistanda yaradılacaq müəssisədə payı 74 faiz təşkil edəcək. Ermənistan tərəfinin səhmlərdəki payı isə 26 faiz olacaq.

banner

Xarici işlər nazirinin bildirdiyinə görə, tərəflər arasında nəzərdə tutulan bu mülkiyyət bölgüsü 49 il ərzində qüvvədə qalacaq.

Əlaqəli Yazılar Xüsusi