Ev DünyaFinlandiyadan İrana mesaj: “Nüvə silahı əldə etməyin, Hörmüzü bağlamayın”

Finlandiyadan İrana mesaj: “Nüvə silahı əldə etməyin, Hörmüzü bağlamayın”

by Baş Redaktor
48 Baxış

Finlandiya Prezidenti Aleksander Stubb İranın nüvə proqramı, raket imkanları, regiondakı proksi qüvvələr və Hörmüz boğazı ilə bağlı mövqeyini açıqlayıb.

Army.az xəbər verir ki, Stubb BMT Baş Assambleyasının iclasları çərçivəsində “Fox News”a müsahibəsində Tehranın nüvə silahına sahib olmasının yolverilməz olduğunu bildirib.

Finlandiya liderinin sözlərinə görə, İran həmçinin regionda proksi qüvvələrdən istifadə etməməli və raket istehsalı imkanlarını inkişaf etdirməməlidir.

Stubb Tehran qarşısında daha bir şərt kimi Hörmüz boğazının bağlanmamasını göstərib:

banner

“İran nüvə silahı əldə etməməli, proksilərdən istifadə etməməli, raket istehsal etmək imkanına malik olmamalı və Hörmüz boğazını bağlamamalıdır”.

Əlaqəli Yazılar Xüsusi