İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Hörmüz boğazı ilə bağlı ABŞ-a sərt mesaj verib.
Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
O, Bəhreyndə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbərliyi ilə keçirilən regional təhlükəsizlik toplantısını şərh edərkən bildirib ki, Hörmüz boğazı İranın nəzarət zonasına daxildir və ABŞ hərbi komandanlığının səlahiyyətində deyil:
“Sözügedən hərbi toplantı Bəsrə körfəzində davamlı hüquqi və təhlükəsizlik mexanizmi formalaşdırmaq iqtidarında deyil. Bölgədə sabitlik yalnız ABŞ-ın hərbi iştirakının başa çatması, xarici qoşunların regiondan çıxarılması, dövlətlərin suverenliyinə hörmət göstərilməsi və yeni geosiyasi reallıqların qəbul edilməsi ilə təmin oluna bilər. Regional təhlükəsizlik Amerikanın hərbi himayəsi altında qurula bilməz”.
