Rusiya Prezidenti Vladimir Putinin dekabrın 14-15-də keçiriləcək G20 Sammitində iştirak edib-etməyəcəyi ilə bağlı qərar tədbirə yaxın qəbul olunacaq.
Army.az xəbər verir ki, bu barədə Rusiyanın G20-dəki şerpası Denis Aqafonov məlumat verib.
Onun sözlərinə görə, dövlət başçısının və nümayəndə heyətinin rəhbərinin sammitdə iştirakı ilə bağlı qərara müxtəlif amillər təsir göstərir:
“Hazırlıq prosesi, eləcə də ev sahibi tərəfin yanaşması bu məsələdə nəzərə alınan əsas məqamlardandır”.
Bununla yanaşı, o vurğulayıb ki, Putinin iştirak edib-etməməsindən asılı olmayaraq, Rusiya qarşıdakı G20 Sammitində layiqli səviyyədə təmsil olunacaq.
