Ev Dünyaİmran Xanın bacıları saxlanıldı – səbəb açıqlanıb

İmran Xanın bacıları saxlanıldı – səbəb açıqlanıb

by Baş Redaktor
9 Baxış

Pakistanın həbsdə olan keçmiş Baş naziri və müxalif “Ədalət Uğrunda Hərəkat” partiyasının rəhbəri İmran Xanın bacıları Üzma Xan və Norin Niyazi saxlanılıb.

Army.az xəbər verir ki, bu barədə “The Express Tribune” məlumat yayıb.

Nəşrin yazdığına əsasən, hər iki qadın ictimai asayişin pozulması ilə bağlı qanunvericilik əsasında 30 günlük müddətə həbs edilib. Bundan bir gün əvvəl İmran Xanın digər bacısı Alimə Xan da eyni ittihamla saxlanılıb.

Saxlanılmalar müxalif partiyanın sentyabrın 27-də İslamabadda keçirməyi planlaşdırdığı etiraz aksiyası ərəfəsində baş verib. Aksiya zamanı İmran Xanın azadlığa buraxılmasının tələb olunacağı bildirilir.

banner

“The Express Tribune”un əldə etdiyi rəsmi qərarda qeyd olunur ki, saxlanılmalar polis və kəşfiyyat orqanlarının hesabatları əsasında həyata keçirilib. Hesabatlarda Üzma Xan və Norin Niyazinin fəaliyyətinin “ictimai təhlükəsizliyə təhdid yaratdığı və asayişi pozduğu” iddia edilir.

Polis və xüsusi xidmət orqanlarının məlumatına görə, hər iki qadın mayın 9-da keçirilən etiraz aksiyalarında və yolların bağlanmasında iştirak edib. Onların həmçinin fəalları dövlət və ictimai əmlaka zərər vurmağa təhrik etdikləri iddia olunur.

Əlaqəli Yazılar Xüsusi