Ev TexnologiyaPUA təhlükəsi: Litva yeni müdafiə sistemi hazırlayır

PUA təhlükəsi: Litva yeni müdafiə sistemi hazırlayır

by Baş Redaktor
26 Baxış

Litva hava məkanına daxil olan pilotsuz uçuş aparatlarının (PUA) qarşısının alınması üçün yeni inteqrasiya olunmuş müdafiə sistemi hazırlayacaq.

Army.az xəbər verir ki, bunu Litvanın müdafiə naziri Robertas Kaunas deyib.

Nazirin sözlərinə görə, layihə hava məkanına nəzarət və PUA-ların zərərsizləşdirilməsi üçün müxtəlif vasitələrin vahid sistemdə birləşdirilməsini nəzərdə tutur.

“Yeni sistem hava obyektlərinin mümkün qədər tez aşkarlanmasına, operativ qərarların qəbul edilməsinə və müvafiq cavab tədbirlərinin həyata keçirilməsinə imkan verməlidir. Layihənin yekunlaşdırılması üçün 2027-ci ilin sonu son tarix kimi müəyyənləşdirilib. Lakin biz sistemi ilin ortasına qədər hazır vəziyyətə gətirmək istəyirik”, – deyə Kaunas bildirib.

banner

Nazir layihənin həyata keçirilməsi üçün milyardlarla vəsait tələb olunacağını da qeyd edib.

Əlaqəli Yazılar Xüsusi