ABŞ Prezidenti Donald Tramp aralıq seçkilərin nəticələrini qəbul etməyə və Demokratlar Partiyasının nümayəndələri ilə birgə fəaliyyət göstərməyə hazır olduğunu açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə Amerika lideri “The New York Times” qəzetinə müsahibəsində danışıb.
Tramp seçkilərin nəticələrini tanımaqla bağlı mövqeyini ifadə edərək demokratlarla əməkdaşlığa açıq olduğunu vurğulayıb.
“Tamamilə əminliklə deyə bilərəm ki, bu nəticələri tanımağa hazıram. Demokratlarla işləyəcəyik və onlarla əməkdaşlığa başlamağı səbirsizliklə gözləyirik”, – deyə ABŞ Prezidenti bildirib.
Xatırladaq ki, noyabrın 3-də ABŞ-də Konqresin hər iki palatasına aralıq seçkilər keçirilib. Səsvermə çərçivəsində Nümayəndələr Palatasının 435 üzvü və Senatın 35 üzvü uğrunda mübarizə aparılıb.
