Ev Hərbi XəbərlərVaşinqtonun Tehranla bağlı iki ssenarisi: Saziş, yoxsa müharibə?

Vaşinqtonun Tehranla bağlı iki ssenarisi: Saziş, yoxsa müharibə?

by Baş Redaktor
28 Baxış

ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşma əldə olunması variantını da, hərbi əməliyyatların bərpasını da gündəmdə saxlayır.

Army.az xəbər verir ki, bu barədə Amerika lideri “Fox News” telekanalına müsahibəsində hərbi əməliyyatların yenidən başlayacağı ilə bağlı suala cavab verərkən danışıb.

Tramp məsələnin hazırda müzakirəsini istəmədiyini bildirsə də, İranın davranışından asılı olaraq hərbi addımların atıla biləcəyinə işarə edib. Eyni zamanda, Tehranla müəyyən şərtlər əsasında razılaşmanın mümkünlüyünü də vurğulayıb.

ABŞ Prezidenti mümkün razılaşmanın hüquqi baxımdan etibarlı olmalı və İranın heç vaxt nüvə silahına sahib olmamasını təmin etməli olduğunu qeyd edib.

banner

Əlaqəli Yazılar Xüsusi