Ev Dünya“Tusk diktator olduğunu göstərdi” – Polşada siyasi qarşıdurma dərinləşir

“Tusk diktator olduğunu göstərdi” – Polşada siyasi qarşıdurma dərinləşir

by Baş Redaktor
41 Baxış

Polşada hakimiyyətin qolları arasında siyasi gərginlik davam edir. Prezident Karol Navrotskinin mətbuat katibi Rafal Leşkeviç Baş nazir Donald Tusku Konstitusiya Məhkəməsi ətrafında baş verən hadisələrə görə sərt tənqid edib.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Sözçünün iddiasına görə, Tusk ötən həftə polis dəyənəklərinin tətbiqi ilə Konstitusiya Məhkəməsinin binasına daxil olaraq avtoritar idarəçilik nümayiş etdirib.

Leşkeviç ölkədəki mövcud siyasi vəziyyəti hərbi vəziyyət dövrü ilə müqayisə edib. Onun sözlərinə görə, hazırkı vəziyyətlə hərbi vəziyyət arasındakı yeganə fərq küçələrdə tankların olmamasıdır.

banner

Əlaqəli Yazılar Xüsusi