Ev Dünya“Daha çox günahsız insan öləcək” – Rza Pəhləvi

“Daha çox günahsız insan öləcək” – Rza Pəhləvi

by Baş Redaktor
46 Baxış

İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi Avropa ölkələrini Tehran hakimiyyətinə münasibətdə daha qətiyyətli mövqe tutmağa və İran xalqına dəstək verməyə çağırıb.

Army.az xəbər verir ki, bu barədə gənc rejim əleyhdarları Əmirhüseyn Məliki və Əmirhüseyn İbrahiminin edamına münasibət bildirərkən danışıb.

Rza Pəhləvinin sözlərinə görə, hakimiyyətin gənc müxalifləri edam etməsi onların azadlıq uğrunda mübarizəsinə görə cəzalandırılmasıdır.

Brüsseldə verdiyi mesajın əsas istiqamətini açıqlayan Pəhləvi Qərbin indiyədək yürütdüyü yumşaq siyasətin dəyişməli olduğunu vurğulayıb. O bildirib ki, Tehran rejiminə qarşı güzəştli yanaşmanın davam etməsi daha çox günahsız insanın həyatına son qoyulmasına şərait yaradır.

banner

Pəhləvi çıxışında beynəlxalq ictimaiyyətə mənəvi iradə və strateji qətiyyət nümayiş etdirməyin vacibliyini də xatırladıb. O, İran xalqının hakimiyyətdəki rejimdən xilas olması üçün ona real dəstək göstərilməsinin zamanının çatdığını qeyd edib.

Əlaqəli Yazılar Xüsusi