Ev DünyaPaşinyan Türkmənistana yola düşdü

Paşinyan Türkmənistana yola düşdü

by Baş Redaktor
151 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan iki günlük işgüzar səfər üçün Türkmənistana yola düşüb.

Army.az xəbər verir ki, Paşinyan səfər çərçivəsində Türkmənbaşı şəhərində keçiriləcək MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək.

Ermənistan hökumətinin başçısı bu gün keçirdiyi brifinqdə sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə rəsmi görüşün nəzərdə tutulmadığını bildirib.

Bununla belə, Paşinyan Azərbaycan Prezidenti ilə müəyyən təmasların olacağını qeyd edib. O, zərurət yaranacağı təqdirdə İlham Əliyevlə görüşün də keçirilə biləcəyini istisna etməyib.

banner

Əlaqəli Yazılar Xüsusi