Ev Dünya“Bakıda səslənən türküyə İzmirdə qoşulmaq…” : Baxçalıdan diqqətçəkən açıqlama

“Bakıda səslənən türküyə İzmirdə qoşulmaq…” : Baxçalıdan diqqətçəkən açıqlama

by Baş Redaktor
28 Baxış

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türk Dövlətləri Təşkilatının (TDT) gələcəkdə daha da güclənəcəyini bildirib.

Army.az xəbər verir ki, o, partiyasının parlament fraksiyasının iclasında çıxışı zamanı TDT-yə üzv ölkələrin əməkdaşlıq potensialından səmərəli istifadə etməsinin onların beynəlxalq nüfuzunu artıracağına və dünya sülhünə daha böyük töhfə verməsinə imkan yaradacağına inandığını deyib.

Baxçalı türk dünyasının mədəni və tarixi bağlarının möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq Xəzər və Aralıq dənizlərinin, İssık-Kul və Van göllərinin, Selenqa və Sakarya çaylarının rəmzi mənada bir araya gəlməsini arzuladığını bildirib.

“Arzumuz Xəzər ilə Aralıq dənizinin həsrətinə son qoymaq, İssık-Kul gölü ilə Van gölünü qovuşdurmaq, Selenqa ilə Sakaryanı bir araya gətirməkdir. Arzumuz Mərvin ulduzlarını Söyütdə seyr etmək, Daşkəndin havasını Konyada udmaq, Bakıda səslənən türküyə İzmirdə qoşulmaq, Bişkekdə doğan günəşi Ankarada yola salmaq, Xoca Əhməd Yəsəvinin hikmət nurunu, Mustafa Kamal Atatürkün cəsarətini türk dünyası ilə bir araya gətirməkdir”, – deyə MHP lideri qeyd edib.

banner

“Dildə, fikirdə, işdə birlik” şüarına da toxunan Baxçalı türk dövlətlərinin birgə fəaliyyət göstərməsinin və dövrün tələblərinə uyğun imkan və bacarıqlara əsaslanan ortaq inkişaf strategiyası hazırlamasının əhəmiyyətini vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi