Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı milyarder və “SpaceX” şirkətinin sahibi İlon Maskla hazırda ünsiyyət qura bilmədiyini açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Dövlət başçısı PBS telekanalına müsahibəsində Maskla müxtəlif məsələləri müzakirə etmək istədiyini, lakin onunla əlaqə yaratmaq cəhdlərinin nəticəsiz qaldığını bildirib.
Zelenskinin sözlərinə görə, müharibənin ilk günlərində Maskla mütəmadi əlaqə olub və tərəflər bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Həmin dövrdə Maskın həm onunla, həm də Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxladığını qeyd edib.
