Ev Hərbi təhsilAzərbaycanın hərbi pilotlarının peşəkarlığı artırılır 

Azərbaycanın hərbi pilotlarının peşəkarlığı artırılır 

by Baş Redaktor
30 Baxış

Müdafiə nazirinin 2026-cı il təsdiq etdiyi tədbirlər planına əsasən, hərbi pilotlarımızla təlim-məşq uçuşları icra edilib.

Müdafiə Nazirliyindən Army.az-a verilən məlumata görə, təlimin planına uyğun olaraq, pilotların uçuşların şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb, şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb.

Uçuş heyətlərinin sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra hərbi pilotlar Su-25 ML və L-39 hücum təyyarələrinə nəzarət baxışı keçiriblər.

Hərbi pilotlar havaya qalxma və yerə enmə, müxtəlif hündürlüklərdə pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması və digər təlim tapşırıqlarını icra ediblər.

banner

Təlim uçuşlarının keçirilməsində əsas məqsəd şəxsi heyətin praktiki döyüş vərdişlərinin və ölkənin hava məkanında yaranmış yeni təhdidlərə qarşı uçuş bacarıqlarının yüksəldilməsindən ibarətdir.

Azərbaycanın hərbi pilotlarının peşəkarlığı artırılır VİDEO

Əlaqəli Yazılar Xüsusi