Ev DünyaABŞ-da siyasi mənzərə dəyişir: Demokratlar Konqresə nəzarəti ələ keçirir?

ABŞ-da siyasi mənzərə dəyişir: Demokratlar Konqresə nəzarəti ələ keçirir?

by Baş Redaktor
15 Baxış

ABŞ-da baş tutan aralıq seçkilərlə bağlı ilkin göstəricilər Demokratlar Partiyasının Nümayəndələr Palatasında çoxluğu əldə edə biləcəyinə işarə edir.

Army.az xəbər verir ki, bu barədə “Decision Desk HQ” (DDHQ) portalı məlumat yayıb.

Portalın noyabrın 4-nə olan məlumatına əsasən, Demokratlar Partiyasının namizədləri Nümayəndələr Palatasında 127, Respublikaçılar Partiyasının təmsilçiləri isə 83 mandat əldə ediblər.

Seçki prosesində diqqətçəkən məqamlardan biri də demokratların indiyədək respublikaçıların təmsil olunduğu dörd dairədə irəliləyiş əldə etməsidir.

banner

DDHQ-nin təqdim etdiyi ilkin göstəricilər palatada qüvvələr nisbətinin dəyişə biləcəyini və demokratların çoxluğu təmin etmək imkanının olduğunu göstərir.

Əlaqəli Yazılar Xüsusi