Danimarkanın Baş naziri Mette Frederiksen Qrenlandiyanın ABŞ-ın tərkibinə daxil olması ilə bağlı müzakirələrə münasibət bildirib və adanın gələcəyinin yerli əhali tərəfindən müəyyən edilməli olduğunu vurğulayıb.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat verib.
Frederiksen qeyd edib ki, Qrenlandiya hökuməti və sakinləri dəfələrlə ABŞ-a birləşmək istəmədiklərini açıq şəkildə ifadə ediblər. Onun sözlərinə görə, bu mövqedə dəyişiklik yoxdur və bunu bir daha bəyan etmək mümkündür.
Baş nazir həmçinin bildirib ki, Qrenlandiyanın statusu ilə bağlı heç bir qeyri-müəyyənliyə yol verilməməlidir. O, adanın gələcəyi ilə bağlı qərarın məhz Qrenlandiya xalqına məxsus olduğunu vurğulayıb.
Frederiksen əlavə edib ki, Qrenlandiyanın satılması məsələsi ümumiyyətlə müzakirə mövzusu deyil. Danimarka rəhbərliyi daha əvvəl də adanın “satılıq olmadığını” bəyan edib.
