Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifətin Rusiyaya qarşı mövqeyinin daxili siyasi qərardan deyil, xarici təsirlərdən qaynaqlandığını bildirib.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O, sosial şəbəkədə paylaşdığı açıqlamada bəzi müxalif qüvvələrin Gürcüstanın maraqlarından daha çox xarici dairələrin göstərişlərinə uyğun davrandığını iddia edib.
Baş nazirin sözlərinə görə, bu siyasi qüvvələr Ukraynada baş verən hadisələrə Gürcüstandakı problemlərdən daha çox həssaslıq göstərirlər və bunun səbəbi onların aldıqları siyasi istiqamətləndirmədir.
Kobaxidze müxalifətin nümayiş etdirdiyi mövqeyi “səmimi olmayan vətənpərvərlik” kimi qiymətləndirərək, onların əsl siyasi mərkəzinin Gürcüstan deyil, “dərin dövlət” adlandırdığı xarici qüvvələr olduğunu iddia edib.
