Ev DünyaTramp yenə Nobel sülh mükafatından danışdı: “Mənə vermədilər”

Tramp yenə Nobel sülh mükafatından danışdı: “Mənə vermədilər”

by Baş Redaktor
27 Baxış

ABŞ Prezidenti Donald Tramp bir sıra münaqişələrin həllində rol oynadığını iddia edərək Nobel sülh mükafatına layiq görülməməsindən narazılığını ifadə edib.

Army.az xəbər verir ki, bu barədə Trampın açıqlamasında bildirilib.

“Çoxsaylı müharibələri həll etmişəm, amma mənə hələ də Nobel sülh mükafatı verilməyib”, – deyə ABŞ lideri bildirib.

Tramp mükafatın əvvəllər geniş tanınmadığını iddia etdiyi gənc qadına təqdim olunmasını da tənqid edib. O, bununla 2025-ci ildə Nobel sülh mükafatına layiq görülmüş Venesuela müxalifətinin lideri Mariya Korina Maçadonu nəzərdə tutub.

banner

Qeyd edək ki, Maçado daha əvvəl Trampın Nobel sülh mükafatına layiq olduğunu düşündüyünü açıqlamışdı. Tramp onun sözlərini xatırladaraq Maçadonun özünü deyil, məhz onu mükafata layiq şəxs hesab etdiyini vurğulayıb.

ABŞ Prezidenti, həmçinin ədəbiyyat sahəsində verilən “Pulitser” mükafatına da layiq olduğunu iddia edib.

“Yazdıqlarıma görə “Pulitser” mükafatını mən almalı idim”, – deyə Tramp əlavə edib.

Əlaqəli Yazılar Xüsusi