Ev DünyaPutinlə sülh danışıqları üçün Avropanın nümayəndəsi kim olacaq?

Putinlə sülh danışıqları üçün Avropanın nümayəndəsi kim olacaq?

by Baş Redaktor
48 Baxış

Avropa İttifaqında (Aİ) Rusiya Prezidenti Vladimir Putinlə aparıla biləcək sülh danışıqlarında Brüsseli kimin təmsil edəcəyi ilə bağlı hələlik ortaq mövqe formalaşmayıb.

Army.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Məsələ ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Rusiyaya mümkün üçtərəfli görüşü — Rusiya, Çin və ABŞ arasında təmasları müzakirə etmək məqsədilə səfərindən sonra yenidən gündəmə gəlib.

Çexiya Prezidenti Petr Pavel hesab edir ki, Putin Avropa İttifaqını danışıqlarda nüfuzlu tərəf kimi qəbul etmir. Onun sözlərinə görə, Rusiya lideri Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas və Fransa Prezidenti Emmanuel Makron da daxil olmaqla, bir sıra Avropa liderləri ilə dialoqa maraq göstərmir.

banner

Pavel vurğulayıb ki, Avropa ölkələri danışıqlarda iştirak etmək üçün vahid nümayəndə və ya nümayəndələr qrupu müəyyənləşdirməli, həmin şəxsə müvafiq mandat verməlidir.

“Politico”nun məlumatına görə, Aİ diplomatları arasında bu vəzifəyə kimin uyğun olması ilə bağlı müzakirələr davam edir. Mümkün namizədlər sırasında Finlandiya Prezidenti Aleksandr Stubbun da adı çəkilir.

Stubbın namizədliyinin müzakirə olunmasının səbəblərindən biri onun ABŞ Prezidenti Donald Trampla münasibətlərinin Avropa liderləri arasında nisbətən yaxşı qiymətləndirilməsidir. Bundan əlavə, Finlandiyanın Rusiya ilə münasibətlər sahəsində uzunmüddətli təcrübəsi var.

Əlaqəli Yazılar Xüsusi