Ev Ölkəİrəvandan sülh sazişi ilə bağlı yeni açıqlama

İrəvandan sülh sazişi ilə bağlı yeni açıqlama

by Baş Redaktor
27 Baxış

Ermənistan hökuməti Azərbaycanla sülh sazişinin mümkün qədər qısa müddətdə imzalanmasını istəyir.

Army.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri parlamentdə kommunikasiyaların blokdan çıxarılması və infrastrukturun açılması ilə bağlı müzakirələri şərh edərkən bildirib.

Nazirin sözlərinə görə, parlamentdə aparılan müzakirələr zamanı nəqliyyat əlaqələrinin bərpası və infrastrukturun açılması məsələlərinə müsbət münasibət müşahidə olunub. O vurğulayıb ki, bu yanaşma yalnız hakim siyasi qüvvələrin mövqeyi ilə məhdudlaşmır.

Ermənistanın xarici siyasət idarəsinin rəhbəri sülh sazişinin imzalanmasının hökumətin əsas siyasi öhdəliklərindən biri olduğunu qeyd edib.

banner

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mümkün qədər tez imzalanmasını istəyirik. Bu sənədin ən qısa zamanda imzalandığını görmək niyyətindəyik”, – deyə nazir bildirib.

Əlaqəli Yazılar Xüsusi